David Silvestrovun təşəbbüsü ilə bu instituta üç avtomobil hədiyyə olundu
Həkimlərin Peşə Bayramı münasibətilə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutuna üç nəqliyyat vasitəsi təqdim olunub
17 iyun — Tibb İşçilərinin Peşə Bayramı münasibətilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təqdimat mərasimi keçirilib.
David Silvestrovun təşəbbüsü və Qlobal Əməkdaşlıq Şurasının dəstəyi ilə İnstituta üç nəqliyyat vasitəsi hədiyyə olunub.
Təqdim olunan nəqliyyat vasitələri tibb işçilərinin peşə fəaliyyətinin, təkmilləşdirmə proseslərinin və səhiyyə sahəsində birgə layihələrin daha səmərəli həyata keçirilməsinə dəstək məqsədi daşıyır.
Hədiyyənin təqdimat mərasimi Qlobal Əməkdaşlıq Şurasının Qafqaz üzrə nümayəndəliyinin rəhbəri David Silvestrovun baş müşaviri Roman Şeydayev tərəfindən həyata keçirilib.
Qeyd olunub ki, bu təşəbbüs Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə Qlobal Əməkdaşlıq Şurası arasında əməkdaşlıq münasibətlərinin inkişafına, həkimlərin peşəkar hazırlığının gücləndirilməsinə, süni intellekt və innovativ texnologiyaların səhiyyə sahəsində tətbiqinə, eləcə də əhalinin sağlamlığının qorunmasına yönəlmiş profilaktik layihələrin hazırlanmasına mühüm töhfə verəcək.
Tədbir çərçivəsində vurğulanıb ki, həkimlərə göstərilən dəstək insan sağlamlığına, ictimai rifaha və gələcəyin daha sağlam cəmiyyətinin qurulmasına verilən dəyərin ifadəsidir.


