5 mediatorun üzvülüyünə və fəaliyyətinə xitam verildi

5 mediatorun üzvülüyünə və fəaliyyətinə xitam verildi

Mediasiya Şurası mediasiya prosesləri zamanı keyfiyyətin artırılması, eyni zamanda vətəndaş və korporativ sektordan olan müraciətçilərin məmnunluğunu təmin etmək üçün işləri davam etdirir.

Mediasiya Şurasının İdarə heyətinin Sədri Nadir Adilovun BusinessTime-a verdiyi məlumata görə, davamlı olaraq fəaliyyətlərində intizam pozuntusuna yol vermiş mediatorlar barəsində intizam icraatı başlanılır və pozuntu hallarına yol verən mediatorlar barədə qanunvericiliyin tələblərinə uyğun olaraq müxtəlif intizam tədbirləri tətbiq edilir.

 Eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq mediatorların öz xahişi ilə Mediasiya Şurasının üzvlüyündən çıxarılması məsələsinə də Mediasiya Şurası tərəfindən xüsusi diqqətlə yanaşılır. Mediasiya Şurası tərəfindən araşdırılmış pozuntular və eyni zamanda mediatorların öz ərizələri ilə əlaqədar üzvlükdən çıxarılma xahişinə baxan Mediasiya Şurası İdarə Heyəti 5 mediatorun üzvlüyünə xitam vermişdir. Üzvlüyünə xitam verilmiş mediatorlar Mediasiya haqqında qanunvericiliyin tələblərinə əsasasən mediator fəaliyyəti ilə məşğul ola  bilməzlər.

Mediasiya Şurası vətəndaşlardan xahiş edir ki keyfiyyətli mediasiya xidmətlərini təmin etmək məqsədi ilə rastlaşdıqları pozuntularla bağlı Mediasiya Şurasının [email protected] elektron poçtuna müraciət etsinlər.