"​Biznes Mərkəzi Klubu" əməkdaşlıq əlaqələrini genişləndirir

"​Biznes Mərkəzi Klubu" əməkdaşlıq əlaqələrini genişləndirir

"​Biznes Mərkəzi Klubu" ilə "Facemark" arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd yerli biznes mühitində təcrübə mübadiləsini artırmaq, korporativ kommunikasiyaları inkişaf etdirmək və sahibkarlar üçün yeni imkanlar yaratmaq məqsədi daşıyır.

​Əməkdaşlıq çərçivəsində tərəflər birgə tədbir və forumlar təşkil edəcək, marketinq, brendinq və idarəetmə istiqamətlərində maarifləndirici proqramlar həyata keçirəcəklər.

Eyni zamanda, sahibkarlar arasında netvorkinq imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Tərəflər yaxın zamanlarda ilk birgə təşəbbüslərin icrasına başlamağı planlaşdırırlar.