Yeni Jetour Tourer krossoveri bazara çıxmağa hazırlaşır
Jetour Tourer adlı yeni kompakt elektrik krossoverinin bazara çıxışı hazırlanır.
Chery şirkətinə məxsus Jetour markasının yeni modeli ön və tam ötürücülü versiyalarda təklif olunacaq. Elektromobilin Çində satışına 2026-cı ilin sonuna qədər başlanması gözlənilir.
Hazırda Çinin Çendu şəhərində keçirilən avtosalonda Jetour markası yeniliklərini nümayiş etdirir. Tədbirdə Traveler 7 modeli də təqdim olunub. Bu avtomobil yenilənmiş Jetour T2 kimi tanınır.
Bundan əlavə, marka ilk elektrik avtomobili üçün “kor” sifarişlərin qəbuluna başlayıb. Yeni elektrik krossoveri daha əvvəl Jetour TX adı ilə nümayiş etdirilmişdi. Hazırda isə model Jetour Tourer şərti adı ilə təqdim olunur.


