Xpeng G9L zəngin təchizat və müxtəlif mühərrik seçimləri ilə təqdim edilib

Xpeng G9L zəngin təchizat və müxtəlif mühərrik seçimləri ilə təqdim edilib

Xpeng şirkəti yeni G9L krossoverinə sifarişlərin qəbuluna başlayıb. Beşyerlik model hibrid və tam elektrik mühərrik qurğuları ilə, arxa və tam ötürücü versiyalarda təqdim olunur.

Xpeng G9L krossoveri ötən həftə elan edilmişdi. İndi isə Çində yeni modelin təqdimatı keçirilib, komplektasiyalar açıqlanıb və başlanğıc qiyməti elan edilib. Yerli dilerlər də avtomobil üçün ilkin sifarişləri qəbul etməyə başlayıblar.

Şirkət həmçinin bildirib ki, G9L gələcəkdə qlobal modelə çevriləcək. Xpeng-in məlumatına görə, krossover dünyanın 64 ölkəsi və regionu üçün hazırlanıb.