Mərkəzi Bankın 75 milyon manatlıq notlarının hərracında tələb 121,2 milyon manat olub
Avqustun 26-da Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 75 milyon manat həcmində 28 günlük qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Dövlət qeydiyyat nömrəsi AZ2699024702 (ISIN) olan diskontlu notlar üzrə hərracda sifarişlərin ümumi həcmi nominal qiymətlə 121,2 milyon manat təşkil edib.
Hərracda 7 investor tərəfindən 7 sifariş təqdim olunub və notların 75 milyon manatlıq emissiya həcminin hamısı yerləşdirilib.
Notların nominal qiyməti 100 min manat, sayı isə 750 ədəd olub. Hərrac zamanı minimal qiymət 99 532,4188 manat (6,04%), maksimal qiymət isə 99 553,9981 manat (5,76%) təşkil edib.
Kəsmə qiyməti 99 535,5200 manat, ortaçəkili qiymət isə 99 543,0687 manat olub. Kəsmə qiyməti üzrə gəlirlilik 6,00%, ortaçəkili qiymət üzrə isə 5,90% təşkil edib.
Notların tədavül müddəti 28 gün müəyyənləşdirilib. Notlar üzrə ödəniş tarixi 23 sentyabr 2026-cı il olacaq.


