Dəmir yumruq yerindədir!

Dəmir yumruq yerindədir!

2023-cü ilin 20 sentyabrı Zəfər tariximizin önəmli fəsillərindən biri kimi yaddaşlarda qalacaqdır. Azərbaycan xalqı qələbə əzmini bir daha bütün dünyaya nümayiş etdirdi.

Cəmi 24 saat ərzində, lokal əməliyyatlar çərçivəsində düşməni ağ bayraq qaldıraraq, təslim olmağa vadar etdi. Xalqımızın birlik və bərabərliyinə, müzəffər ordumuzun qüdrətini dünya hələ 3 il bundan öncə 44 günlük Vətən Müharibəsindəki böyük Zəfərimiz və qalibiyyətimizlə görmüş, dövlət siyasətimizin və qalib Lider olaraq tanınan ölkə Rəhbərimizin öz prinsipial və beynəlxalq standartlara əsaslanan düzgün mövqeyinə  şahidlik etmişdir.  Ordumuz “Dəmir yumruq” əməliyyatı ilə zalım düşmənin başını əzərək onun mistik gücünü yerləbir etdi, sarsıdıcı zərbələrlə mənfur düşmənə böyük məğlubiyyət yaşatdı. Sona qədər davam etmədi, onlara zaman tanıdı, xəstə təxəyyüllü millətin məhv olmaqdan xilas olması üçün  aman verdi. Sirr deyil ki, xalqımız cəsur, olduqca hünərvər, döyüşkən olduğu qədər, həm də humanistdir.  

Buna görə də dövlətimiz nə az nə çox, düz 3 il gözlədi, siyasi prosesləri diqqətdə saxlayaraq onlara, həm də götür-qoy etmək,düzgün qərarlar verərək öz gələcəklərini qurmaq üçün fürsət verdi. Lakin xisləti xəyanətkarlıq, acizlik və acgözlük, satqınlıq və terrorizm meyarı ilə yoğrulmuş düşmən yenə düzgün mövqe tutmadı. Dəmir yumruq altında əzilib məhv olmaqdan canını güclə qurtarar-qurtarmaz kənar qüvvələrin qüvvəsinə arxalanıb onların qanadı altına çəkilərək yenə bizə meydan oxumağa başladı. Heç zaman dövlətçilik ənənələri olmayan, xainlik hesabına, Azərbaycanın torpaqlarının peşkeş olunması bahasına dövlət qurmuş, tarixən böyük dövlətlərin maraqları naminə yalnız maşa rolunda çox yaxşı olan tayfa millət, yenə də öz gələcəyini düşünmədi, başqa dövlətlərin mənafeyinə boyun əyməyi üstün tutdu.  Çünki ən yaxşı bildikləri də elə budur-vassallıq etmək, boyunduruq altında xidmət göstərərək idarə olunmaq. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 3 il ərzində 10 Noyabr Üçtərəfli Bəyanatın icrası və Sülh sazişinin bağlanması üçün dəfələrlə erməni dövlətinə müraciət etdi, düşmənçilik mövqeyindən əl çəkməyə, regionda sabitliyin, sülh və barişığın təmin olunması üçün danışıqlar masasına dəvət etdi. Çox təəssüf ki, məhz ikiüzlü siyasət aparan tərəflərin erməni təəsübkeşliyi və bundan qol-qanad alan erməni dövlətinin anti-Azərbaycan mövqeyi sayəsində bu müddət ərzində müsbət nəticələnmədi. Revanşizm, anti-türk meylləri ilə köklənən erməni dövləti nəinki separatçı silahlı qüvvələrini torpaqlarımızdan çıxarmadı, əksinə silahlandıraraq, daha da azğınlaşdırdı. Havadarları hesabına müntəzəm şəkildə təxribatlar törətməyə davam etdi. Həyasızlığını o dərəcəyə çatdırdı ki, ordumuzun mövqelərinin dərinliyinə belə sızdı, yeni minalar basdırdı, təmizlənmiş ərazilərin, mülki təyinatlı yolların yenidən minalanmasını həyata keçirdi.

Onlar hətta davamlı olaraq bütün beynəlxalq müddəaları ayaqaltı etməklə xəstə missiyalarını yürütdülər, özlərini Avropa və güc dövlətləri qarşısında “soyqırıma məruz xalq”, “məsum erməni milləti”, “çarəsizlik” təsiri yaratdılar. Bütün dünyaya  “ac-yalavacıq”,  “qırılırıq”, “Azərbaycan bizi blokadada saxlayır”, “soyqırıma məruz qalmışıq” şüarı ilə bağırdılar, car çəkdilər. Beləcə dövlətimizə meydan oxudular. Nədənsə demokratiya əsaslarını, ədalət prinsiplərini yalnız bizə sırımağa çalışan dünya, 30 il didərgin həyatı yaşayan yüz minlərlə soydaşlarımızı, mina qurbanı 300 mülki vətəndaşımızın faciəsini  yenə də görməzdən gəldi, həmişəki kimi bütün beynəlxalq qaydalara əməl edən, qanun çərçivəsində hərəkət edən Azərbaycanın səsini deyil, miskin rolunu yüksək səviyyədə oynayan milləti eşitdi. Təbii ki, səbr kasasıs onsuz olmur. Azərbaycanın dözümü, səbri də bəlli bir yerə qədərdir.

Qonşu dövlətlərin riyakar oyunlarına, işğalı, terrorizmi dəstəkləməsinə, separatçı tör-töküntülərin, ermənilərin qanunsuz ordu birləşmələrinin dövlətimizə barmaq yellədərək torpaqlarımızda at oynatmasına, qanunlarımıza boyun əyməməsinə, xalqımızın, millətimizin öz yurdundan didərgin yaşamasına, hətta Qarabağda əsir tutulan erməni soydaşlarımızın həyatının təhlükədə olmasına  göz yuma bilməzdik. Xalqımız, dövlətimiz yetərincə səbr etdi. Artıq xalq özünə aid olana sahib çıxmağı da bacarır, uğrunda savaşmağı da. Necə ki, 30 il öncə əliyalın da olsa vuruşdu, nəticə olmasa da düşmənə dur deməyi bacardı. Aprel döyüşlərində, Tovuz hadisələrində,  44 günlük Vətən Müharibəsində, ötən ilin sentyabr ayı və bu günlərdə baş vermiş cəmi 24 saatlıq anti-terror əməliyyatında müzəffər ordumuzun igid oğulları öz sözünü dedi və Ali Baş Komandanın mesajını düşmənə layiqli şəkildə çatdırdı. Bəli, Qarabağda anti-terror əməliyyatı labüd idi, siyasi təqyiqlərə, güclü dövlətlərin haqsız bəyanatlarına rəğmən bunu gözləyirdik. Çünki, yalnız başqa dövlətlərin torpağı hesabına yaranan və daha da genişlənmək tamahında olan erməni tərəfi 3 il ərzində özü bu şəraiti yaratmış, el dili olə desək döyülməsi, daha aydın qanması üçün buna təhrik edirdi. Beləcə istədiklərini də aldılar. Ordumuz tərəfindən lokal şəraitdə, incə düşünülmüş ,bütün dünyaya örnək çərçivədə əməliyyatlar həyata keçirildi. Heç bir mülki infrastruktura zərər vurmadan, heç bir mülki şəxsin burnu belə qanamadan, əvvəlcədən silahın yerə qoyulması, təslim olmaları barədə çağırışlar edilərək, hətta qaçmaq istəyənlərə, vuruşmaq istəməyən əliqanlı separatçıların belə Xankəndidən çıxmasına şərait yaradaraq misilsiz bir əməliyyat keçirildi. Tarixi dövlətçilik ənənələrinə sadiq Azərbaycanın bir hədəfi, mövqeyi var-əcdadlarımızdan miras torpağımıza sahib çıxmaq, onu qoruyaraq yaşatmaq, çiçəkləndirərək övladlarımıza, gələcəyimizə bəxş etmək. Nə qədər ki, bölgədə sabitlik yaranmayıb, sülh  sazişi bağlanmayıb, torpağımızın hər hansı bir qarışında düşmən tapdağı var, xalqımız  dayanmayacaq, bölgədə qeyri-sabitliyin hökm sürməsinə, münaqişənin dondurularaq gələcək nəsillərə saxlanılmasına yol verməyəcək. Hər kəsə aydındır ki bu çətin yolda ağrılarımız, itkilərimiz də olacaq.

Necə ki, dünənə qədər torpaqlarımızın təmizlənməsi, bütövlüyü uğrunda oğullar itirmişik, Şəhidlər vermişik. Ancaq ununtmamalıyıq, torpaq qanla qarışdıqca, uğruna can verildikcə, Vətəndir. Qoy hər kəs eşitsin, bütün dünya duysun! Möhtərəm Prezidentimiz Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Bizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”

Nəzakət Quluqızı;
Neftçala rayon sakini, ictimai fəal