DGK 1,1 milyonluq avtomobil alır

DGK 1,1 milyonluq avtomobil alır

Dövlət Gömrük Komitəsi (DGK) bir sıra nəqliyyat vasitəsinin alqı-satıqı ilə əlaqədar hazırlıqları yekunlaşdırıb.

Bu barədə İqtisadiyyat.az qurumdan məlumat əldə edib.


Belə ki, 23 ədəd sərnişin motorlu nəqiyyat vasitələrinin (mikrovan və ya vanlar) satın alınması nəzərdə tutulub.


Məlumata əsasən, qurum alqı-satqı ilə əlaqədar “Autouniversal” şirkəti ilə müqavilə bağlayıb.


Bağlanmış müqavilənin maliyyə dəyəri 1 117 800 manat olaraq müəyyənləşib.