Yeni avro əskinaslarının dövriyyəyə buraxılacağı vaxt məlum olub

Yeni avro əskinaslarının dövriyyəyə buraxılacağı vaxt məlum olub

Avropa Mərkəzi Bankı (AMB) yeni avro əskinaslarının dizaynı üzərində işləri davam etdirir və yeni seriya 2030-cu illərin əvvəllərindən tədricən dövriyyəyə buraxılacaq.

BusinessTime xəbər verir ki, yekun dizaynla bağlı qərar 10 milyon insanın iştirak etdiyi ictimai sorğunun nəticələri nəzərə alınmaqla bu ilin sonunadək qəbul ediləcək.

Yeni pullar saxtalaşdırmanın qarşısını alan qabaqcıl təhlükəsizlik xüsusiyyətlərinə malik olacaq. Mövcud əskinaslar isə yeni seriya ilə yanaşı dövriyyədə və qüvvədə qalacaq. Qeyd edək ki, hazırda avrodan 21 ölkədə təxminən 358 milyon insan istifadə edir.