Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını verdi
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 8%-dən 8,25%-ə qaldırılması barədə qərar qəbul edib.
Faiz dəhlizinin aşağı həddi 1,25 faiz bəndi artırılaraq 6,25%, yuxarı həddi isə yenə də 9,25% müəyyən olunub.
