Elektrik avtomobillərinin idxalına xərclənən vəsait 27,7 milyon dollar azalıb
2026-cı ilin ilk 8 ayında Azərbaycana yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələrinin idxalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə azalıb.
BusinessTime xəbər verir ki, hesabat dövründə idxal olunan elektrik mühərrikli nəqliyyat vasitələrinin sayı 637 ədəd təşkil edib.
2025-ci ilin ilk 8 ayında isə bu göstərici 1 412 ədəd olub. Beləliklə, 2026-cı ilin ilk 8 ayında elektrik mühərrikli nəqliyyat vasitələrinin idxalı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 775 ədəd və ya 54,9% azalıb.
Həmin dövrdə elektrik mühərrikli nəqliyyat vasitələrinin statistik dəyərində də azalma qeydə alınıb. Belə ki, 2026-cı ilin ilk 8 ayında idxal olunan bu kateqoriyadan olan nəqliyyat vasitələrinin statistik dəyəri 16,55 milyon ABŞ dolları təşkil edib.
2025-ci ilin ilk 8 ayında isə bu göstərici 44,29 milyon ABŞ dolları olub. Müqayisədə statistik dəyər 27,74 milyon ABŞ dolları və ya 62,6% azalıb.


