“Diamond Motors” borca düşüb

“Diamond Motors” borca düşüb

“Mitsubishi”nin Azərbaycandakı rəsmi dileri olan “Diamond Motors” MMC borca düşüb.

Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestri məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, şirkətin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 138 534.86 manat vergi borcu yaranıb.

Qeyd edək ki, “Diamond Motors” MMC 2006-cı ildən etibarən “Mitsubishi Motors” şirkətinin Azərbaycandakı rəsmi və səlahiyyətli dileridir.