Dollar sabit qaldı, avro və lirə UCUZLAŞDI
Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnəsinə görə, dollarının məzənnəsi dəyişməyərək 1.7000 manat olub.
BusinessTime xəbər verir ki, lirənin manat qarşısında dəyəri 100 lirə üçün 3.59 manata enib.
Avronun məzənnəsi 1.9345 manata, 100 rublun məzənnəsi isə 2.1711 manata düşüb.


