Dövlət rəsmiləri AgroStar-ın stendini ziyarət edib

Dövlət rəsmiləri AgroStar-ın stendini ziyarət edib
Azərbaycanda kənd təsərrüfatı sahəsində xüsusi xidmətləri olan "AgroStar Azərbaycan" şirkəti beynəlxalq forumda təmsil olunub.

Bakıda keçirilən Beynəlxalq Aqrobiznes Forumunda (International Agro Business Forum) "AgroStar Azərbaycan" şirkətinin baş direktoru Mədinə Əliyeva o cümlədən şirkətin mütəxəssisləri iştirak ediblər.

Dövlət rəsmi şəxslərin və iş adamlarının iştirakı ilə keçirilmiş tədbirdə müxtəlif ikitərəfli görüşlər keçirilib, müzakirələr aparılıb. Tədbir çərçivəsində kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, o cümlədən xarici ölkələrdən gəlmiş iş adamları "AgroStar Azərbaycan" şirkətinin stendi ilə tanış olublar.

"AgroStar Azərbaycan" şirkətinin baş direktoru Mədinə Əliyeva qonaqlara şirkətin fəaliyyəti ilə bağlı ətraflı məlumatlar verib, fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, forum çərçivəsində sərgi və ikitərəfli görüşlər, “Kənd təsərrüfatında Türkiyə - Azərbaycan: vizyon və əlaqələr” və “Aqrar sahədə həyata keçirilən innovasiyalar” mövzularında panel müzakirələr təşkil olunub.