Ordubad rayonunda ipəkçilik inkişaf etdirilir
Ordubad rayonunda ipəkçiliyin inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində kümxanalara baxış keçirilib.
Baxış zamanı kənd təsərrüfatı naziri Rafail Quliyev və Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli kümçülərlə görüşərək baramaqurdlarının saxlanma şəraiti, yemlənməsi və inkişaf vəziyyəti ilə maraqlanıblar.
Bildirilib ki, rayonda ipəkçiliyin inkişaf etdirilməsi məqsədilə kümçülərə mütəmadi dəstək göstərilir, bu sahəyə marağın artırılması istiqamətində tədbirlər davam etdirilir.


