Dünya birjalarında əsas neft brendləri ucuzlaşıb

Dünya birjalarında əsas neft brendləri ucuzlaşıb

Londonun InterContinental Exchange (ICE) birjasında keçirilən hərracda “Brent” markalı neftin iyun fyuçersləri üzrə 1 bareli 84,76 ABŞ dollarına təklif edilib.

BusinessTime xəbər verir ki, bu əvvəlki günün qapanışı ilə müqayisədə 1,55 ABŞ dolları yaxud 1,80 % ucuzlaşma deməkdir.

Ötən gün Nyu Yorkun “Nymex” birjasında satılan WTI (Şərqi Texas) markalı xam neftin bir barelinin qiyməti 80,83 ABŞ dolları olub.

Bu da əvvəlki günlə müqayisədə 1,6 dollar/barel yaxud 1,94 % azdır.