Dünyada “Barselona”nı Messi qədər sevən futbolçu yoxdur - Bekhem

Dünyada “Barselona”nı Messi qədər sevən futbolçu yoxdur

“Lionel Messinin futbol karyerasını bitirdikdən sonra Mayamidə yaşamasını istəyirəm”.

Bu sözləri İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem ortaq sahibi olduğu ABŞ-ın “İnter Mayami” komandasında çıxış edən Lionel Messi barədə danışarkən deyib:

49 yaşlı veteran futbolçu argentinalı ulduzun “Barselona” klubunu çox sevdiyini də bildirib: “ Leo mənə dedi ki, karyeramı bitirdikdən sonra Barselona şəhərinə köçməyi və sabiq komandamın oyunlarını keçirdiyi stadionun yaxınlığında yaşamağı düşünürəm. Məncə, dünyada “Barselona”nı onun qədər sevən futbolçu yoxdur. Onun ayağında, hətta içdiyi su şüşəsinin üzərində Katloniya klubunu simvolizə edən loqo var”.

Qeyd edək ki, Lionel Messi 2003-2021-ci illərdə İspaniyanın "Barselona" komandasında çıxış edib.