Əhaliyə 7 ayda 6 milyarddan çox pul ödənilib

Əhaliyə 7 ayda 6 milyarddan çox pul ödənilib

2026-cı ilin yanvar-iyul ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 6,12 milyard manatdan çox vəsait ödənilib.

BusinessTime xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 568,8 milyon manat və ya 10,3% çox olub.