Emin Əmrullayev onu vəzifəsindən azad etdi - EKSKLÜZİV

Emin Əmrullayev onu vəzifəsindən azad etdi

Azərbaycan Elm və Təhsil Nazirliyi yanında Yüksək Texnologiyları Parkının (YTP) Baş direktoru Vasif Abbasov vəzifəsindən azad edilib.

"BusinessTime"ın əldə etdiyi məlumata görə, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən Baş direktor vəzifəsinin müvəqqəti icrası qurumun İcraçı direktoru Zaur Nəhmətova həvalə edilib.