Ərik festivalı keçiriləcək

Ərik festivalı keçiriləcək

İyunun 8-də Samux Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda ilk dəfə ərik festivalı keçiriləcək.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Samux Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, 2023-cü ildə rayon ərazisində 2333 hektar meyvə bağları mövcud olub ki, bunun 15,5 faizini ərik bağları təşkil edib. Ərik bağlarının 28,3 hektarı kənd təsərrüfatı, 333,4 hektarı isə əhali təsərrüfatlarının payına düşür. Bar verən yaşda 200.3 hektar ərik bağları mövcud olub və bu bağlardan 1301,9 ton məhsul yığılıb. Məhsuldarlıq hər hektardan 6,5 ton olub.