Ərkivanda transformator məntəqələri yenidən qurulacaq – 8 milyon ayrıldı

Ərkivanda transformator məntəqələri yenidən qurulacaq

Masallı rayonunun Ərkivan qəsəbəsində komplekt transformator məntəqələrinin(KTM), 10 və 0,4 kV-luq paylayıcı elektrik şəbəkəsinin ÖİN xətlərlə yenidənqurulması işlərinə sərf olunacaq vəsaitin həcmi məlum olub.

İqtisadiyyat.az bu barədə Dövlət satınalmalarının vahid internet portalına istinadla xəbər verir.


Məlumata əsasən, “Azərişıq” ASC bununla əlaqədar olaraq müvafiq işləri yekunlaşdırıb.


Belə ki, yenidən qurma işlərini “Smart Pover” QSC həyata keçirəcək.


Yenidən qurma işlərinə 8 176 205 manat vəsait sərf olunacaq.