Fərid Məmmədov yeni qurum təsis edib

Fərid Məmmədov yeni qurum təsis edib

Azərbaycanda “Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası” İctimai Birliyi təsis edilib. Assosiasiyanın məqsədi Azərbaycanda yarmarka-sərgi, tədbir sənayelərinin inkişafı və gücləndirilməsinin təşviqi çərçivəsində bu sənaye növlərinin iştirakçılarının konsolidasiyası, sektor daxilində layihə və təşəbbüslərin işlənib hazırlanması, konqres və sərgi sənayesinin beynəlxalq aləmdə təşviqidir.

Bu barədə BusinessTime-a Assosiasiyanın təsisçisi “Caspian Event Organisers” şirkətinin Baş direktoru Fərid Məmmədov məlumat verib.

Onun sözlərinə görə, biznes assosiasiyaları ölkə iqtisadiyyatının sektoral və regional hədəflərinə nail olunmasında dövlət-biznes dialoqu platforması olmaqla yanaşı, üzv şirkətlərin fəaliyyət göstərdikləri sektor və ya bölgələrin dayanıqlı inkişafı istiqamətində mühüm vasitələrdən biridir. Beynəlxalq sərgilərin təşkilində çoxillik təcrübəyə malik şirkətlər tərəfindən belə bir assosiasiyanın təsis edilməsi, şübhəsiz, həm sərgi təşkilatçılığı sahəsinə, həm də ümumilikdə ölkə iqtisadiyyatına öz töhfəsini verəcəkdir.