Lənkəranda Amerika yenotu aşkar olunub
Lənkəranın “Ləvəngi dairəsi” ərazisində həyətyani sahələrin birində Amerika yenotu (rakun) aşkarlanıb.
Heyvanın həyətə, ümumiyyətlə Lənkərana necə gəlməsi ev sahibinin marağına səbəb olub. Ev sahibi heyvanı həyətdən uzaqlaşdıraraq meşəyə buraxıb.
Ev sahibi bir müddət əvvəl evinin həyətyanı sahəsində iynəli kirpiyə də rast gəldiyini bildirib.
Azərtac

