Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edilib və and içib

Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edilib

Bu vəzifəyə mənim namizədliyimi irəli sürdüyü üçün Prezidentə təşəkkür edirəm.

BusinessTime xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülən Fikrət Məmmədov deyib.

Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyinatı üçün and içib: “Bu gün özünün ən qüdrətli dövrünü yaşayan Azərbaycan bütün ərazilərimizdə Konstitusiyamızın hüquqi qüvvəsi bərpa olunub. Hazırda ərazilərimiz Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə sürətlə bərpa olunur, soydaşlarımızın öz doğma torpaqlarına qayıdışı sevincini yaşayırıq. Belə dövrdə Konstitusiyanın aliliyinə xidmət etmək sevinci mənə nəsib oldu”.

------------------------------------------------------------------------------------------------------

Sabiq Ədliyyə naziri Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edilib.

BusinessTime xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, Konstitusiyanın 130-cu maddəsinin II hissəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası prezidentinin təqdimatı ilə Milli Məclis təyin edir.

Fikrət Məmmədov 2000-ci ildən 2024-cü il fevralın 16-dək Ədliyyə naziri vəzifəsində çalışıb.