Füzuli Dövlət Dram Teatrı "Nar şirəsi" tamaşasını ictimaiyyətə təqdim edib

Füzuli Dövlət Dram Teatrı "Nar şirəsi" tamaşasını ictimaiyyətə təqdim edib

Füzuli Dövlət Dram Teatrı cari ilin repertuarında olan Səbinə Haqverdiyevanın "Nar şirəsi"tamaşasını  ictimaiyyətə təqdim edib.

bu barədə BusinessTime-a teatrdan məlumat verilib.

Tamaşanın quruluşu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada rolları Sehran Xanlarov, Sevinc Məmmədova, İntizar Quliyeva, Emin Abışov,Vüqar Babayev  və başqaları ifa edib. 

Tamaşada həyatı sevmək, yaşamaq mübarizəsi, cəmiyyətin fiziki qüsurlu insanlara mövqeyi, onların təsiri altında belə insanların sağalması ön plana çəkilib.
Sonda xatirə şəkli çəkilib.