Gənclər Fondunun maliyyə dəstəyi ilə “Köməkçi” adlı sosial layihə həyata keçirilib

Gənclər Fondunun maliyyə dəstəyi ilə “Köməkçi” adlı sosial layihə həyata keçirilib

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Aytac Qulizadənin rəhbərliyi altında “Köməkçi” adlı sosial yönümlü layihə həyata keçirilib.

Layihə çərçivəsində vətəndaşların bir-birinə yardım göstərməsi və sosial həmrəyliyin gücləndirilməsi məqsədilə innovativ platforma hazırlanıb.

https://komekci.az” layihəsi cəmiyyət üzvləri arasında yardımlaşma mədəniyyətini təşviq edir və insanların ehtiyac anında bir-birinə dəstək olmasını asanlaşdırır. Platforma vasitəsilə istifadəçilər müəyyən sahədə kömək üçün müraciət edə, digər istifadəçilər isə bu müraciətlərə cavab verərək dəstək ola bilərlər.

Layihə rəhbəri Aytac Qulizadə bildirib ki, platformanın əsas məqsədi vətəndaşlar arasında qarşılıqlı yardım münasibətlərini inkişaf etdirmək, eyni zamanda sosial məsuliyyət və birliyə töhfə verməkdir.