Gömrük zabitinin şirkətində dəyişiklik edir

Gömrük zabitinin şirkətində dəyişiklik edir

"VetLAB" QSC reklam şirkəti təşkilati-hüquqi formasını dəyişir.

BusinessTime bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən məlumat verir.

Məlumata görə, şirkət bundan sonra Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, 2008-ci ilin dekabrında “Smart Media” kimi dövlət qeydiyyatına alınan şirkət 2021-ci ilin aprelində rebrendinq edib.

Nizamnamə kapitalı 2000 manat olan şirkətin qanuni təmsilçisi Mehriban Spartaq qızı Əlizadədir.

Xatırladaq ki, M.Əlizadə Dövlət Gömrük Komitəsində (DGK) çalışıb və 2008-ci ildə gömrük xidməti mayoru olaraq Azərbaycan Prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.