“Google” bu il 70 milyard ABŞ dolları gəlir əldə edib

“Google” bu il 70 milyard ABŞ dolları gəlir əldə edib
ABŞ-nin iri texnologiya şirkətlərindən olan “Google”un ana şirkəti “Alphabet” 2023-cü ilin yanvar-mart aylarında gəlirlərini 3%-dək artırıb.
BusinessTime şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, nəticədə şirkətin rüblük gəliri 69,8 milyard ABŞ dollarına çatıb.
Belə ki, 2022-ci ilin eyni dövründə bu rəqəm 68 milyard ABŞ dolları olub.
“Alphabet”in xalis mənfəətində isə illik müqayisədə 1,3 milyard ABŞ dolları və ya 8%-lik azalma qeydə alınıb.
Bununla da qeyd edilən dönəmdə İT nəhənginin xalis mənfəəti 15,1 milyard ABŞ dollarına düşüb.
Şirkətin hər səhmə düşən mınfəəti də 1,23 ABŞ dollarından 1,17 ABŞ dollarına azalıb.