“Microsoft”un rüblük gəlirləri kəskin artıb

“Microsoft”un rüblük gəlirləri kəskin artıb

2023-cü ilin yanvar-mart aylarında ABŞ-nin texnologiya nəhənglərindən biri olan “Microsoft" gəlirlərini kəskin artırıb.

BusinessTime xəbər verir ki, “Microsoft” ötən ilin eyni dövrü ilə müqayisədə gəlirlərini 7% civarında artırıb.

Nəticədə şirkət 52,5 milyard ABŞ dollarına çatıb. Bu göstərici 2022-ci ildə 49,4 milyard ABŞ dolları olmuşdu.

Şirkətin xalis mənfəəti 2022-ci ilin birinci rübünə nisbətən 1,6 milyard ABŞ dolları və ya 9% artaraq 16,7 milyard ABŞ dollarından 18,3 milyard ABŞ dollarına çatıb.

“Microsoft”un hər səhmə düşən mənfəəti isə 2,22 ABŞ dollarından 2,45 ABŞ dollarına yüksəlib.

Yazar