“Google” şirkətinin əməkdaşı tələbələrlə görüşüb

“Google” şirkətinin əməkdaşı tələbələrlə görüşüb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Google” şirkətinin əməkdaşı, ADNSU məzunu Hürü İsmayılzadənin tələbələrlə görüşü keçirilib. 

Görüşdə H. İsmayılzadə öz tələbəliyindən iş həyatına gedən yoldakı uğur hekayəsindən danışıb.  Gənclərə ilk karyera addımlarını atmaqda faydalı olacaq məsləhətlər verib. 

Görüşdə tələbələrin sualları əsasında müxtəlif mövzularda müzakirələr aparılıb.
Qeyd edək ki, Hürü İsmayılzadə universitetimizin məzunudur və “Google” şirkətində çalışır.