Günel Həsənova ASAP-ın idarə heyətinin üzvü seçilib

Günel Həsənova ASAP-ın idarə heyətinin üzvü seçilib

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin (AAA) sədri Günel Həsənova ASAP-ın idarə heyətinin üzvü seçilib.

Bu barədə  İctimai Birlikdən məlumat verilib.

Qeyd edək ki, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP, ing. Azerbaijani Students and Alumni Platform) 2020-ci il 15 avqust tarixində təsis edilmiş qeyri-hökumət təşkilatıdır.

Təşkilat xarici ölkələrdə təhsil alan tələbələr və artıq təhsilini başa vurmuş gənclər arasında əməkdaşlığın yaradılması həyata keçirir.

Təşkilat həmçinin xaricdəki tələbələr üçün əsas kommunikasiya və informasiya portalı rolunu oynayır.

Qeyd edək ki, Günel Həsənova AAA -Amerika Təhsilli Azerbaycan Məzunları İctimai Birliyinin sədri vəzifəsini də icra edir.