Türkiyənin Avropa çempionatından əldə edəcəyi gəlir açıqlanıb
Türkiyənin 2032-ci il Avropa çempionatından əldə edəcəyi gəlir bəlli olub.
Bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi yerli mətbuata açıqlamasında məlumat verib.
Funksioner bildirib ki, ölkə turnirdən 1 milyard ABŞ dollarından çox gəlir götürəcək: “AVRO-2032 Türkiyədə turizm sektorunu da canlandıracaq. Dünyanın dörd tərəfindən ölkəyə təqribən 2 milyondan çox turist gələcək. Düşünürəm ki, ölkəmiz turnirə ev sahibliyindən 1 milyard ABŞ dollarından çox gəlir əldə edəcək”.
Qeyd edək ki, AVRO-2023-yə Türkiyə ilə yanaşı, İtaliya da ev sahibliyi edəcək.