I rübdə bankların kredit faizlərindən əldə etdiyi gəlirlərin məbləği açıqlanıb

I rübdə bankların kredit faizlərindən əldə etdiyi gəlirlərin məbləği açıqlanıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda banklar müştərilərinə verdikləri kreditlər üzrə 1,081.4 milyon manat faiz gəliri əldə edib.

BusinessTime Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20,4% artıb.

Qeyd edək ki, aprelin 1-i tarixinə Azərbaycanda bankların kredit portfeli 30 milyard 290.3 milyon manat təşkil edib. Kredit portfelinin 16 milyard 214.8 milyon manatı biznes kreditlərinin, 9 milyard 490.9 milyon manatı istehlak kreditlərinin, 4 milyard 584.6 milyon manatı isə ipoteka kreditlərinin payına düşüb.