İlhamə Xanlarqızı ölkə başçısı tərəfindən təltif edilib

İlhamə Xanlarqızı ölkə başçısı tərəfindən təltif edilib

Prezident İlham Əliyev sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilənlər sırasında Azərbaycan Sahibkarlar Konfederasiyasının mətbuat katibi, jurnalist İlhamə Xanlarqızı da var.

İlhamə Xanlarqızı təltiflə bağlı öz fikirlərini bölüşüb:

"“Tərəqqi” medalı ilə təltif edilmişəm. Bu mənim üçün böyük qürur, sevinc və məsuliyyətdir. Əməyimə verilən qiymətə görə dövlətimizin başçısına dərin təşəkkürümü bildirirəm. Həmçinin çalışdığım Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbəri Məmməd Musayevə minnətdaram. Çünki özümü realizə etmək, dövlətim üçün çalışmaq üçün mənə imkan yaradılıb və mən də bu imkanlar daxilində həvəslə çalışmışam", deyə qeyd edib.