İlon Mask xəbərdarlıq etdi

İlon Mask xəbərdarlıq etdi

Amerikalı sahibkar İlon Musk xəbərdarlıq edib ki, bəşəriyyət böyük demoqrafik böhran təhlükəsi ilə üz-üzədir.

Bu barədə o, “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Bəşəriyyətin üzləşdiyi ən böyük problem demoqrafik çöküşdür”, - deyə İ.Musk paylaşımında bildirib.

Sahibkar əvvəllər bəyan edirdi ki, demoqrafik problemlər üzündən bütöv xalqlar yox ola bilər. Muskın qeyd etdiyinə görə, İtaliya, Fransa və Yaponiyanın mədəniyyətləri də təhlükə altındadır.