İlon Maskın AI startapı 6 milyard dollar vəsait cəlb edib

İlon Maskın AI startapı 6 milyard dollar vəsait cəlb edib

Amerikalı milyarder İlon Maskın süni intellekt (AI) startapı “xAI” nəhəng investorlar Andreessen Horovitz və Sequoia Kapital tərəfindən dəstəklənən “B” seriyasının maliyyələşdirmə turunda 6 milyard dollar maliyyə vəsaiti cəlb edib.

Bu vəsait “xAI”nin ilk məhsullarının bazara çıxarılmasına, qabaqcıl infrastrukturun yaradılmasına və gələcək texnologiyaların tədqiqi və tətbiqinə sərf olunacaq.

İlon Mask maliyyələşdirmə elanına cavab olaraq “X” platformasındakı paylaşımında yazıb: “Gələcək həftələrdə elan edəcəyimiz daha çox yeniliyimiz olacaq”.

Hazırda qlobal miqyasda süni intellekt yarışı qızışır, bir neçə sərmayəçi “OpenAI” kimi bazar liderləri ilə rəqabət aparmaq istəyən startaplar üçün böyük çeklər imzalayır.

Maskın “xAI” startapı son maliyyələşdirmə turundan sonra maliyyə resurslarının həcmini açıqlamasa da, digər media orqanları daha əvvəl şirkətin 18 milyard dollardan 24 milyard dollara qədər vəsaiti ola biləcəyi iddiasını irəli sürmüşdü.