“İnsan resurslarının idarə olunmasına ümumi baxış”
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Turan Qazma və Mühəndislik” şirkəti tərəfindən “İnsan resurslarının idarə olunmasına ümumi baxış” mövzusunda təlim təşkil olunub.
Bu barədə ADNSU-dan məlumat verilib.
“Turan Qazma və Mühəndislik” şirkətinin Təlim və inkişaf qrupunun rəhbəri Yana Rassolkonun, universitet əməkdaşları və tələbələrinin iştirak etdikləri təlimdə şirkətin insan resursları üzrə meneceri Cəmilə Şəfiyeva təqdimatla çıxış edib. O, insan resurslarının effektiv idarə edilməsi, kadrların motivasiyası, vəzifələrin əməkdaşlar arasında düzgün bölünməsi, qiymətləndirmə meyarları və digər mövzulardan bəhs edib.
Sonra tələbələrin sualları cavablandırılıb.