Bakıda Halal Biznes və Turizm Forumu keçiriləcək

Bakıda Halal Biznes və Turizm Forumu keçiriləcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə səfərdə olan Malayziyanın Halal İnkişaf Korporasiyasının icraçı direktoru Hairol Arifeyn Sahari, İslam İnkişaf Bankının Kuala Lumpurdakı Mükəmməllik Mərkəzinin rəhbəri Samer Elesav və Türkiyənin Halal Akkreditasiya Agentliyinin baş katibi Süleyman Beşli ilə görüşüb.

KOBİA-dan  bildirilib ki, görüşdə ölkəmizdə halal sənaye, bu sahədə təcrübə mübadiləsi və 2024-cü ildə KOBİA-nın təşkilatçılığı ilə Bakıda keçirilməsi planlaşdırılan Halal Biznes və Turizm Forumu çərçivəsində mümkün əməkdaşlıq imkanları müzakirə edilib.