İran Prezidenti və heyəti həlak olub - RƏSMİ
İran Prezidenti İbrahim Rəisi helikopter qəzasında həyatını itirib.
Bu haqda İranın Mehr Agentliyi məlumat yayıb.
Helikopterdə eyni zamanda xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti də olub. Agentlik onların hər birinin vəfat etdiyini yazıb.
İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kulivand bildirib:
“Qəzaya uğrayan helikopterin yeri tapıldıqda, onun sərnişinlərinin canlı olmasına dair heç bir əlamət aşkar edilməyib. Təyyarədə həmçinin xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim də olub".