“İstisu” zavodu 1,7 mln. dollarlıq mineral su ixrac edib
"İstisu" mineral su zavodu MMC 2025-ci ildə 1,7 milyon ABŞ dolları məbləğində mineral su məhsulları ixrac edib.
Bu barədə BusinessTime.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən hazırlanan “İxrac icmalı”nın Yanvar sayına istinadən xəbər verir.
Qeyd edək ki, "İstisu" mineral su zavodu MMC qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısında 8-ci yeri tutub.
Xatırladaq ki, 1976-cı ildə Azərbaycanın Kəlbəcər rayonunda “İstisu” mineral suyunun istehsalına başlanılıb. 1993-2020-ci illərdəki Ermənistan işğalı dövründə zavodun fəaliyyəti dayandırılmışdı. 26 iyun 2022-ci il tarixində “İstisu” mineral su zavodunun təməli qoyulmuşdur. 2 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “İstisu” mineral su zavodunun açılışında iştirak ediblər. Zavodda suyun yenidən istehsalına başlanılıb.

