“Kapital Bank” səhmdarlara dividend ayıracaq

“Kapital Bank” səhmdarlara dividend ayıracaq

İyulun 28-də, saat 11:00-da “Kapital Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvannında (“Port Baku Towers 2”) olacaq.

Gündəliyə 2025-ci maliyyə ilinin yekunlarına əsasən “Kapital Bank”ın səhmdarlarına dividend ödənilməsi və Bankın Müşahidə Şurasının əsasnaməsində dəyişiklik edilməsi daxildir.

Xatırladaq ki, “Kapital Bank” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bankın əsas səhmdarı “PAŞA Holdinq” MMC-dir. (Banker)