"Kontakt Home"da qanun pozuntuları aşkarlandı

"Kontakt Home"da qanun pozuntuları aşkarlandı

"Kontakt Home" mağazalar şəbəkəsinin fəaliyyətində qanun pozuntuları aşkarlanıb.

Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, Agentlik mağazalar şəbəkəsinin sahibi olan "ABC-Telecom" MMC-də rəqabət qanunvericiliyinin pozulması hallarına dair araşdırma aparıb və reklam fəaliyyəti ilə bağlı bir sıra pozuntular aşkar edib. Belə ki, reklamı qadağan olunmuş məhsul, texnika və xidmətlərin təşviq edilməsi, eləcə də reklam yayımının qanunla müəyyən edilmiş qayda və tələblərinə əməl olunmaması halları müəyyən olunub.

Bununla yanaşı, 2026-cı il üzrə reklam haqqında qanunvericiliyin pozulması ilə əlaqədar inzibati xəta haqqında protokollar da tərtib olunub.

Faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi nəzərdə tutulur.