Lavrovun Nyu-Yorka uçuşu rekord qırdı
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Moskvadan Nyu-Yorka uçması dünyada ən çox izlənən uçuş olub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında məlumat verib.
Təyyarələrin uçuşlarını real vaxt rejimində izləməyə imkan verən “Flightradar” onlayn xidmətinin məlumatına görə, Rusiya nazirinin təyyarəsini eyni zamanda 700 mindən çox, ümumilikdə isə təxminən 3 milyon insan izləyib.
“Bu rekorddur”, - deyə Zaxarova qeyd edib.
Oxu.az