m10-nun şirkətinə əlavə böyük məbləğdə sərmayə yatırılıb

m10-nun şirkətinə əlavə böyük məbləğdə sərmayə yatırılıb

m10 elektron pulqabısı ilə tanınan "PashaPay" MMC-nin nizamnamə kapitalı 10 milyon 300 min manat artırılıb.

"PashaPay" MMC-nin nizamnamə kapitalı 50 milyon 322 min manata yüksəldilib.

Artımdan əvvəl Şirkət 40 milyon 22 min manat nizamnamə kapitalına malik idi. 

Qeyd edək ki, ötən ilin iyul ayında "PashaPay" MMC-nin nizamnamə kapitalı 22 milyon min manata artırılaraq 18 milyon 22 min manatdan 40 milyon 22 min manata yüksəldilmişdir.

Qeyd edək ki, "Pasha Pay" MMC şirkətinin 100% payçısı "Kapital Bank" ASC-dir.