Mağaza icazəsiz reklama görə cərimələndi

Mağaza icazəsiz reklama görə cərimələndi

Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov yerləşən “Kafel Metlax” mağazası cərimələnib. 

Sözügedən “Kafel Metlax” adlı obyektin cərimələnməsinə səbəb üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi olub.

Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə, sözügedən obyektin sahibi 1.500 manat məbləğində inzibati cərimə olunub.