İlon Mask “Twitter” üçün yeni investorlar axtarır

İlon Mask “Twitter” üçün yeni investorlar axtarır

Reklamçılar sosial şəbəkədən qaçdığı və borcun ödənilmə tarixi yaxınlaşdıqca, İlon Maskın baş köməkçisi “Twitter” üçün yeni investorların axtarışı ilə məşğuldur. Məlumata görə, milyarderin bu kimi planlarından “Semafor” (“Bloomberg Media”nın keçmiş CEO-su Castin Smit və “BuzzFeed News”un həmtəsisçisi Ben Smitin layihəsi) yazıb.

İndex.az bu barədə “The Bell” nəşrinə istinadən xəbər verir.

Maskın baş maliyyə direktoru və onun sağ əli Cared Birçall bu həftə potensial investorlarla əlaqə saxlayıblar. Onlara “Twitter” səhmlərini bir səhm üçün 54.20 dollar qiymətə almaq təklif edilib. “Son həftələr ərzində biz “Twitter”də çoxlu investisiya sorğuları aldıq” deyə Birçall “Semafor” tərəfindən görülən e-poçtda investorlara yazıb.

Əvvəllər “Twitter”in alışına təxminən 1 milyon dollar sərmayə qoyan və “Tesla”nın investoru olan Ross Gerber, cümə sosial şəbəkənin yüksək səviyyəli menecerləri tərəfindən şirkətin 44 milyard dollar dəyərində “başqa bir maliyyələşdirmə mərhələsi” ilə bağlı əlaqə saxladığını təsdiqləyib.

Buna baxmayaraq, qəzet qeyd edir ki, investorları dəyəri sürətlə azalan aktivləri almağa inandırmaq asan olmayacaq. Mask şirkəti aldıqda onun 13 milyard dollar borcu olub.

Ötən günlərdə “Twitter” bir neçə məşhur jurnalistin (“Washington Post”, “The New York Times”, “Mashable” və “CNN”dən) hesabını bloklayıb. Şənbə günü isə Mask “xalq ayağa qalxdığı üçün” onları blokdan çıxarmağa razılaşıb.