Rolls-Royce Motor Cars Bespoke
“Bespoke” kollektivimizin bacarıqları, sənətkarlığı və nüfuzu bənzərsizdir. Bu heyrətamiz layihənin göstərdiyi kimi, dünyanın aparıcı rəssamları indi bizimlə işləmək imkanlarını fəal şəkildə axtarır, öz təcrübələrini genişləndirir və özlərinə məxsus sənət əsərləri olan avtomobillər yaradırlar. Sasha Jafri özünün əl ilə çəkilmiş “Qalereya” əsəri ilə Phantom Series II-nin “Bespoke” sifarişlər üçün mükəmməl boş kətan olduğunun qeyri-adi nümayişini təqdim edir. Biz bu avtomobil əsərlərinin əməkdaşlıq, yaradıcılıq və sənətkarlıqdan ibarət əlamətdar səyahətdən sonra canlandığını görməkdən məmnunuq.
Biz çox şadıq ki, layihə əsas məqsədini yerinə yetirdi və bu layiqli iş üçün belə mühüm məbləğ topladı. Mən həm Qudvudda, həm də Yaxın Şərqdə iştirak edən hər kəsi bu ruhlandırıcı nailiyyət münasibətilə təbrik etmək istərdim”.
Thorsten Müller-Ötvös, Rolls-Royce Motor Cars-ın baş direktoru.
Rolls-Royce şirkəti Dubayda (BƏƏ) özəl tədbirində “Bespoke” "The Six Element" Phantom-u təqdim edib.
Rolls-Royce Motor Cars Dubai və Rolls-Royce Motor Cars Abu Dhabi şirkətlərinin təşəbbüsü ilə həyata keçirilən bu misli görünməmiş layihə, hər biri tamamilə fərdi və əl ilə çəkilmiş “Bespoke” sifarişli “sənət əsərlərini” özündə əks etdirən altı Rolls-Royce Phantom Extended Series II avtomobilindən ibarətdir, dünyanın ən nüfuzlu rəssamlarından biri, Dubay, London və Nyu-York şəhərlərində yaşayan İngilis rəssam Sacha Jafri tərəfindən işlənib.
Bu heyrətamiz sənət əsərləri “Qalereyada”, Phantom fasadının uzunluğu boyunca uzanan unikal qapalı şüşə məkanda nümayiş etdirilir. Hər biri beş ənənəvi elementdən birindən ilhamlanıb: Yer, Su, Od, Külək və Hava. Altıncısı, “İnsanlıq”, Sacha Jafri-nin ən məşhur əsəri olan “İnsanlığın səyahəti” əsərinə istinad edir ki, bu əsər indiyə qədər kətan üzərində çəkilmiş ən böyük rəsm üçün rəsmi Ginnesin Dünya Rekordlar Kitabına düşüb.
“Öz işimlə sənətin gücünü - ifadənin, sevginin, anlayışlığın və niyyətin mahiyyəti ilə birləşdirməyi, yenidən dünyaya can atan daha şüurlu insanlığı ruhlandırmağı hədəfləyirəm; Planetimiz üçün daha ümidli və davamlı gələcəyə dair ümumi məqsədlə yenidən birləşdik”, - deyə layihə haqqında danışan Sacha Jafri bildirib.
Phantom 'The Six Element' Dubayda Rolls-Royce şəxsi ofisində rezident Bespoke dizayneri ilə birlikdə Qudvudda Rolls-Royce-un Evində yerləşən Bespoke Kollektivi tərəfindən dizayn edilmiş və hazırlanmışdır. Layihə 2020-ci ilin sonunda başlayıb və iki il davam edib.
Öz fərdi “Qalereya” işləmələri ilə yanaşı, avtomobillər Rolls-Royce-un misilsiz imkanlarını əks etdirən bir sıra əlavə Bespoke elementlərinə malikdir. Bunlara əllə çəkilmiş “Coachline”-da Jafri-nin fərdiləşdirilmiş “Ürək” motivi və hər bir avtomobilin “Spirit of Ecstasy” heykəlciyi üçün unikal “Six-Elements” daxildir.
Phantom “The Six Elements” əsərlərini və ya onlardan əldə etdiyi gəlirləri tez-tez xeyriyyəçilik üçün bağışlayan Sacha Jafri ilə Rolls-Royce Motor Cars, Yaxın Şərq və Afrikanın regional direktoru Sezar Həbib arasındakı söhbət əsnasında yaranıb. Birlikdə onlar sağlamlıq, davamlılıq və təhsil sahələrində fəaliyyət göstərən xeyriyyə təşkilatları üçün vəsait ianə etmək üçün vasitə ola biləcək altı fərdi avtomobil yaradılması fikrini inkişaf etdirdilər.
Müvafiq olaraq, hər bir avtomobil təkcə öz orijinal Jafri sənət əsərini deyil, həm də sahibinin bunu seçdiyi təqdirdə müstəqil olaraq sata biləcəyi özünəməxsus NFT-ni təqdim edir. Hər NFT satışından, gələcək xeyriyyə ianələri üçün vəsait toplayaraq rəqəmsal pul kisəsinə qonorar ödəniləcək. Sahibi, avtomobilinin monitor bölməsinə daxil edilmiş “Bespoke” Jafri “Heart” motivli QR kodundan istifadə edərək NFT-yə baxa bilər.
Sacha Jafri şərh etdi: “Rolls-Royce komandası və onların “Bespoke” dizaynerləri ilə belə unikal layihə yaratmaq mənim üçün böyük şərəfdir. Rəssamlar tərəfindən Rolls-Royce üçün yaradılan ilk “Bespoke” buraxılışı olan bu heyrətamiz Rolls-Royce seriyasındakı altı avtomobilin hər birinin gövdə xətti boyunca “Heart” loqosunu görməkdən qürur duyuram. Bununla belə, məni ən çox sevindirən bizim işimizə nüfuzlu müştərilərin və xeyriyyəçilərin olan maraqı, və maarifləndirmə yolu ilə Rolls Royce”un yaradılmasıdır.”
Açılışda elan edildi ki, layihə, birinci mərhələsində, Dubayda və Yaxın Şərq regionunda müştərilərə ayrılan altı avtomobilin hamısı ilə birlikdə ilkin 1 milyon dollarlıq hədəfini əhəmiyyətli dərəcədə aşdı.
Rolls-Royce Motor Cars-ın Yaxın Şərq və Afrika üzrə regional direktoru Sezar Həbib deyir: “Mən bu layihənin uğur qazanmağından çox məmnunam. Biz Dubay və Əbu-Dabidəki diler tərəfdaşlarımız ilə xüsusi məqsədlə bir səyahətə çıxdıq və mən bu məqsədə nəinki nail olduğumuza, həm də gözləntilərimizi üstələdiyimizə çox şadam. Bütün bunlar Sacha Jafri və öz “Bespoke” kollektivimiz arasında unikal əməkdaşlıq sayəsində mümkün olmuşdur. Bu, bir çox mükafatlara layiq görülmüş istedadlı rəssam və dünyanın ən istedadlı dizaynerləri və sənətkarlarının əməkdaşlığı nəticəsində ərsəyə gələn yaradıcılıqdır.”