Mayda Əfv gözlənilir - Komissiya ilk iclasa toplaşır

Mayda Əfv gözlənilir

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək.

Bu barədə Komissiya üzvü Rəşad Məcid məlumat verib.

Onun sözlərinə görə, saat 15:00-da başlayacaq iclasda Komissiyaya daxil olan müraciətlər araşdırılacaq.

Qeyd edək ki, 28 May – Müstəqillik Günündə Prezident İlham Əliyev tərəfindən növbəti humanist addım kimi Əfv Sərəncamının imzalanacağı gözlənilir.

Qafqazinfo