MCB BOKT-un xalis mənfəəti 7 %-dən çox azalıb

MCB BOKT-un xalis mənfəəti 7 %-dən çox azalıb

MCB QSC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 1,545 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 7,3 % azdır.

Ötən il MCB-nin vergiyəqədərki mənfəəti 1,861 milyon manat (əvvəlki ilə nisbətən 10,9 % az), mənfəət vergisi ödəmələri isə 316 min manat (24,9 % az) təşkil edib.

Bu il yanvarın 1-nə MCB-nin aktivləri 45,264 milyon manat olub ki, bu da illik müqayisədə 32,8 % çoxdur. Bunun 39,711 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 19,2 % böyüyüb.

Hesabat dövründə MCB-nin öhdəlikləri 37,9 % artaraq 35,051 milyon manata, balans kapitalı isə 17,8 % artaraq 10,213 milyon manata çatıb.

Xatırladaq ki, MCB 2009-cu ildən fəaliyyət göstərən eyni adlı lizinq şirkətinin bazasında 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,284 milyon manatdır. BOKT-un səhmdarları 99,94%-lik payla Pakistanın "MCB Bank"ı və 0,06%-lik payla İdarə Heyətinin sədri Rəmal Cəfər oğlu Cəfərovdur.