MDM yeni funksiyanı aktivləşdirdi

MDM yeni funksiyanı aktivləşdirdi

Azərbaycan Milli Depozitr Mərkəzi (MDM) ASAN Pay elektron ödəniş platformasında emitentlər üçün nəzərdə tutulmuş yeni funksiyanı aktivləşdirmişdir.

Bundan sonra emitentlər öz VÖEN (Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi) məlumatları vasitəsilə platformaya onlayn daxil olaraq ödəniş əməliyyatlarını rahatlıqla həyata keçirə bilərlər.

Artıq emitentlər sayta daxil olub “Elektron xidmətlər” bölməsinə keçid edərək təqdim olunan bütün xidmətlər üzrə ödənişləri sürətli, təhlükəsiz və rahat şəkildə icra edə biləcəklər.

Yenilənmiş sistem istifadəçilərə vaxt itkisini minimuma endirməyə, ödəniş proseslərini daha şəffaf və əlçatan etməyə imkan yaradır.

Azərbaycan Milli Depozit Mərkəzi tərəfindən rəqəmsal infrastrukturun inkişafı istiqamətində əməkdaşlıq çərçivəsində bu yeniliyin tətbiqi xüsusilə mühüm əhəmiyyət daşıyır. Emitentlər artıq ASAN Pay üzərindən dövlət qeydiyyatı, depozitar xidmətləri və digər elektron xidmətlər üzrə ödənişlərini fasiləsiz yerinə yetirə bilərlər.